Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xuraman biznesindən danışdı: ''18 yaşından'' - VİDEO

Xuraman biznesindən danışdı: ''18 yaşından'' - VİDEO

Tarix: 22 Aprel 2023 15:25

Aparıcı və aktrisa Xuraman Əlizadə yeni biznesindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəbər ətər" proqramında qonaq olarkən açıqlama verib. O bildirib ki, 18 yaşından çalışıb öz pulunu qazanır:

"Həmişə cüzdanımda öz pulum olub. Teatrda işləmişəm, qazanmışam. İndi ailəliyəm. Qızlara arzu edirlər ki, ər çörəyi yeyəsən, ər çörəyi də, əl çörəyi də yeyirəm. Hazırda bir serialda "Qaratikan"da çəkilirəm. Qalan 6 gün boşam. Deyirəm ki, niyə o günləri boş keçirim, yatım, kinoya baxım və sairə. Həmişə arzulamışam ki, şirniyyat mağazam olsun, adını da qoyum "Xurma". Uşaqlıqdan anam mənə belə deyirdi, həm də şirniyyat evinin adına uyğun gəlir. Onlayn sifarişlər qəbul edirəm, burada qəbahət bir iş görmürəm. Həm canlı yayımlar açıram, xanımlar öyrənirlər, həm də özüm öyrənirəm. Ona da, buna da vaxt tapıram. İnşallah ki, qazancım daha gözəl olacaq".

Milli.Az


Etiketlər:  Xuraman biznesindən danışdı yaşından VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ