Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda HƏYƏCANLI ANLAR - Orta yaşlı kişi sərnişin...

Bakı metrosunda HƏYƏCANLI ANLAR - Orta yaşlı kişi sərnişin...

Tarix: 23 Aprel 2023 19:16

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Milli.Az


Etiketlər:  Bakı metrosunda HƏYƏCANLI ANLAR Orta yaşlı kişi sərnişin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ