Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arxanca da danışacaqlar'' - Mehin qısa geyimi ilə göz oxşadı - VİDEO - FOTO

''Arxanca da danışacaqlar'' - Mehin qısa geyimi ilə göz oxşadı - VİDEO - FOTO

Tarix: 25 Aprel 2023 12:15

Müğənni və aparıcı Mehin Hümbətova "bir güllə ilə iki dovşan vurub", həm doğum gününü, həm də yeni klipini təqdim edib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, Mehin uzun müddətdən sonra "şeytanın qıçını sındırıb" sözləri və musiqisi "RZZA" məxsus "Sənə görə yaşadım" adlı yeni mahnısına ekran həyatı verib.

Paytaxtın dəbdəbəli məkanların birində ətrafında ailə üzvlərini və yaxın dostlarını toplayan Hümbətova klipinin təqdimatından əvvəl müxbirlərin suallarını cavablandırıb.

Mehin bildirib ki, müğənniliyə qayıtsa da, aparıcılıq fəaliyyətindən uzaqlaşmaq niyyəti yoxdur:

"Ab-hava möhtəşəmdir. Bir balaca həyacan var. Çünki qonaqlarımın qarşısında həm yeni mahnı, həm də bu nəğməyə çəkilmiş yeni klipimi təqdim edəcəyəm. Rəqqaslarla çıxışım olacaq. Burada mahnımı şou ilə təqdim edəcəyəm.

Əminəm ki, hamının ürəyincə olacaq. Müğənnilik fəaliyyətimlə yanaşı aparıcılığım da doğma ATV kanalında davam edir. Orada "7 özəl" verilişinin aparıcısıyam.  Ara-sıra mahnılarımı və kliplərimi təqdim edirəm ki, tamaşaçılar elə bilməsinlər ki, tamamilə çəkilmişəm  kənara. Hərdən mahnılar olacaq".

30 yaşına qədəm qoyan Hümbətova özünə bu doğum günündə bol şans arzuladığını vurğulayıb:

"Bu gün həm də doğum günümdür. 30 yaşımda özüm-özümə bol şans arzulayıram. Əgər şansın varsa, həm xoşbəxt, həm də uğurlu olacaqsan. Şans insanın həyatında çox önəmli bir amildir".

"Doğum gününüzü ilk kim təbrik etdi?" sualına Mehin "Ən birinci anam ilə kiçik bacım təbrik etdi. Öz otağımın qapısını döyüb, içəri daxil oldular, şarlar və şamlarla təbrik etdilər. Böyük bacım Günel də məni Nyu-Yorkdan Bakı saatı ilə gecə 12-ni keçəndən sonra yazıb, təbrik etdi.

Bayaqdan da yazıb, soruşur ki, doğum günü və klip təqdimatın necə keçir?! Cavab yazdım ki, hələ başlamamışıq" cavabını verib.

Bu gecə geyindiyi açıq-saçıq geyiminə görə, istər tamaşaçıların, istərsə də sosial şəbəkə əhlinin tənqid hədəfinə tuş gələcəyinə isə ifaçı fikirlərini belə ifadə edib:

"Əgər insan məşhurluğu qaldıra bilmirsə, gərək şou-biznesə addım atmasın. Əgər qaldıra biləcəksənsə, qəbul etməlisən ki, arxanca da danışacaqlar, geyimlərini də müzakirə edəcəklər, restoranda oturanda kənardan videonu çəkib, sosial şəbəkədə paylaşacaqlar.

Bir sözlə, bu yükün altına girə bilirsənsə, girəcəksən. Girə bilməyəcəksənsə, intriqalar içində, onunla-bununla dalaşım, ona-buna söz deyim kimi məsələlər olmamalıdır. Bu yola addımını atırsansa, gərək öz xarakterini və duruşunu artıq bəlli edəsən. Yoxsa başqa cür mümkün deyil, onda gərək gəlməyəsən bu sənətə".

Müsahibəni yekunlaşdıran Mehin səhnəyə doğru addımlayaraq, rəqqaslarla birlikdə hazırladığı canlı çıxış şousunu gələn qonaqlara nümayiş etdirib. 

Özəl gününün son saatlarında Mehin Hümbətova anası ilə birlikdə səhnəyə çıxıb, tortun üstündəki şamları üfürərək, arzu tutub. Daha sonra isə müğənni qonaqlarla birlikdə "Sənə görə yaşadım" mahnısını oxuyaraq, gecəni sonlandırıb. 
Sözügedən məclisdən özəl görüntüləri təqdim edirik.


Etiketlər:  Arxanca danışacaqlar Mehin qısa geyimi ilə göz oxşadı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ