Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 12:38
Yunanıstanın Rodos şəhərində 17 yaşadək məktəblilər arasında şahmat üzrə dünya çempionatı keçirilib.
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, başa çatan yarışda Azərbaycan təmsilçisi Süleyman Süleymanlı uğurlu çıxış edib.
Həmyerlimiz yarışda 7 xal toplayaraq gümüş mükafata yiyələnib. O, dünya çempionu olan türkiyəli Adar Tarhandan cəmi yarım xal az toplayıb. Üçüncü sırada isə 6,5 xalla Andrey Filip (Rumıniya) qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatında 51 ölkənin şahmatçısı mübarizə aparıb.