Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-mart aylarında Türkiyə limanları 5 milyon tona yaxın kənd təsərüfatı məhsulları qəbul edib

Yanvar-mart aylarında Türkiyə limanları 5 milyon tona yaxın kənd təsərüfatı məhsulları qəbul edib

Tarix: 25 Aprel 2023 18:54

2023-cü ilin yanvar-mart ayında Türkiyə limanları 4 milyon 719 min 253 ton kənd təsərüfatı məhsulları və mal-qara qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili kənd təsərüfatı məhsulları və mal-qara qəbulu 237 min 91 ton təşkil edib.

"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kənd təsərüfatı məhsulları və mal-qara daşınması 4 milyon 482 min 162 ton olub", - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-mart ayında Türkiyə limanlarından transit yolu ilə heçbir kənd təsərüfatı məhsulları və mal-qara daşınmayıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 314 min 457 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 603 min 859 ton olub.

Bununla yanaşı, 2023-cü ilin mart ayında Türkiyə limanlarından 6 milyon 158 min 839 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 91 milyon 557 min 143 ton yük qəbul edib.

2023-cü ilin yanvar-mart aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 6 milyon 474 min 522 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 85 milyon 82 min 621 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 18 milyon 304 min 620 ton transit yük daşınıb.

Milli.Az


Etiketlər:  Yanvar mart aylarında Türkiyə limanları 5 milyon tona yaxın kənd təsərüfatı məhsulları qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ