Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rumıniya Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşulub

Rumıniya Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşulub

Tarix: 26 Aprel 2023 07:16

Rumıniya Bayraktar TB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşulub.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz Twitter hesabında bildirib.

"Milli Texnologiya Hərəkatı həm ölkəmizin, həm də dost və qardaş ölkələrin tam müstəqilliyinin ən güclü təminatıdır. Bu ixracatla Türkiyə ilə Rumıniya arasındakı əlaqələr daha da güclənəcək" - deyə o qeyd edib.

Türkiyənin müdafiə sənayesi sahəsində göz bəbəyi sayılan Bayraktar TB-2 PUA-lar ixrac uğurlarını davam etdirməyə davam edir.

"Rumıniya yüksək texnologiyalı BayraktarTB2 PUA-nı inventarına daxil edən ölkələr siyahısına qoşuldu" - deyə Haluk Bayraktar bildirib.

Milli.Az


Etiketlər:  Rumıniya Bayraktar TB2 PUA inventarına daxil edən ölkələr siyahısına qoşulub


RƏYLƏR