Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mağazanın rəfindəki ən təhlükəli məhsul: Həmişə alırıq

Mağazanın rəfindəki ən təhlükəli məhsul: Həmişə alırıq

Tarix: 27 Aprel 2023 22:00

Mağazalardan aldığımız qidaların bir çoxu sağlamlığa təhlükə yarada bilər, çünki onların bəzilərini çiy yeyirik, bu da qida zəhərlənməsi riskini artırır.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Consumer Reports"da ən təhlükəli məhsullar haqqında ətraflı məlumat verilib.

Ekspertlər 2017-2022-ci illər arasında baş verən qida yoluxucu xəstəliklərin epidemiyalarını araşdırıblar və xüsusilə riskli 10 qidanın siyahısını hazırlayıblar.

Yarpaqlı göyərti E. coli (E.coli həm də təhlükəli qida toksikoinfeksiyası kimi tanınır-red.) və iisteriya (listeriozun törədicisi listeriya cinsli patogen bakteriyalar hesab olunur-red.)  bağırsaq çubuqlarının yoluxdurucusu kimi bu siyahıya başçılıq edir. Bu məhsulun törətdiyi zəhərlənmə 11 nəfərin ölümünə, 614 nəfərin xəstələnməsinə səbəb olub. Suvarma üçün istifadə edilən çirklənmiş su ehtimal olunan çirklənmə mənbəyidir və çirklənmə emal müəssisələrində məhsullar arasında sürətlə yayıla bilər.
 
Təhlükəli qidalar siyahısına yarpaqlı göyərti ilə yanaşı, pendir və donuz ətləri, mal əti, soğan, hinduşka, toyuq, papaya, şaftalı, qovun və un da daxildir. Bu məhsulların yaratdığı zəhərlənmələr ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər.
 
Qida zəhərlənməsi riskini minimuma endirmək üçün mütəxəssislər paketlərdə salat əvəzinə bütöv başı ilə kahı almağı və kahının xarici yarpaqlarını çıxarmağı, eləcə də çiy yediyimiz bütün qidaların son istifadə tarixinə nəzarət etməyi tövsiyə edir. Bundan əlavə, məhsulları yalnız etibarlı təchizatçılardan almalı və hər bir xüsusi məhsul üçün saxlama tövsiyələrinə əməl etməlisiniz.

Milli.Az


Etiketlər:  Mağazanın rəfindəki təhlükəli məhsul Həmişə alırıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR