Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid övladlarını ziyarətə gedən anaya qarşı quldurluq

Şəhid övladlarını ziyarətə gedən anaya qarşı quldurluq

Tarix: 28 Aprel 2023 10:02

Mingəçevirdə şəhid anasına qarşı oğurluq əməli törədilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.


Etiketlər:  Şəhid övladlarını ziyarətə gedən anaya qarşı quldurluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ