Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2023 23:48
ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi, o cümlədən iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar. Digər humanitar məsələlər də müzakirə olunub.