Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Merkel günahkar olduğunu etiraf edib

Merkel günahkar olduğunu etiraf edib

Tarix: 30 Aprel 2023 11:12

Angela Merkel Almaniya kansleri kimi verdiyi bəzi qərarların cəmiyyətdə parçalanmaya səbəb olduğunu etiraf edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, o, bu barədə şənbə günü "Die Zeit" nəşrinə müsahibəsində bildirib.

"Siyasətdə Almaniyada fikir ayrılıqlarına səbəb olan vəziyyətlərlə qarşılaşmalı oldum", - Merkel deyib.

O, 2015-ci ildə Avropa miqrant böhranı zamanı suriyalı qaçqınlar üçün sərhədləri bağlamamaq qərarını nümunə kimi göstərib.

Keçmiş hökumət başçısı bunun mübahisələrə səbəb olduğunu etiraf edib. "Ancaq buna görə humanitar əsaslarla verdiyim qərarları ləğv edə bilməzdim", - deyə bildiib.


Etiketlər:  Merkel günahkar olduğunu etiraf edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ