Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərid Qayıbov ''Formula 1''i izləyən şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Fərid Qayıbov ''Formula 1''i izləyən şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Tarix: 30 Aprel 2023 11:26

Formula 1 Azərbaycan Qran-Prisini tribunadan izləmək üçün Vətən müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər 3 gün ərzində Azərbaycan Qran Prisinin həyəcanını canlı izləyə biləcəklər. Bu gün gənclər və idman naziri Fərid Qayıbov yarışın fəxri qonaqları ilə görüşüb.

Nazir görüş zamanı bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli bu idman tədbirində, azarkeşlər sırasında görmək çox qürurvericidir.


Etiketlər:  Fərid Qayıbov Formula izləyən şəhid ailələri qazilərlə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ