Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2023 07:40
Bu gündən ümumi təhsil pilləsinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətil günləri başlayır.
Sonxeber.net xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının 2.5.3-cü yarımbəndinə əsasən tətil 1-5 may tarixlərini əhatə edir.
6 may şənbə, 7 may isə bazar gününə təsadüf etdiyindən, məktəbəhazırlıq qrupları və ibtidailər üçün tətildən sonra ilk dərs günü mayın 8-də olacaq.