Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 00:24
Türkiyə Superliqasının 9-cu turunda "Konyaspor" - "Malatyaspor" görüşü qonaqlar üçün uğursuz başlayıb.
Qol.az xəbər verir ki, komandanın qapıçısı Serkan Kırıntılı qarşılaşmanın 20-ci saniyəsində kobud səhvə yol verərək qırmızı vərəqə alıb. 34 yaşlı qolkiper cərimə meydançasının xaricində topa əllə müdaxilə etdiyi üçün cəzalandırılıb. "Malatyaspor" bundan sonra azlıqda qalsa da, 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Malatyaspor" Superliada 13 xalla 5-ci, "Konyaspor" isə 12 xalla 8-ci pillədə qərarlaşıb.