Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" "Qarabağ" oyununda 6 QOL VURULDU

Tarix: 2 May 2023 21:56

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun son matçı lider "Qarabağ"la əzəli rəqibi "Neftçi" arasında keçirilib. Altı qolun vurulduğu oyunda qələbəni Ağdam təmsilçisi bayram edib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sumqayıt"a, "Şamaxı" isə "Sabah"a 0:1 hesabıyla uduzub. "Qəbələ" evdə "Səbail"ə 4:2 hesabıyla qalib gəlibsə, "Zirə" "Turan Tovuz"a 1:3 hesabıyla məğlub olub.

Azərbaycan Premyer Liqası
XXXII tur
2 may

"Neftçi" - "Qarabağ" 2:4
Qol: M.Saldanya, 40. E.Mahmudov, 64-pen - R.Şeydayev, 10. L.Andrade, 16. M.Saldanya, 54-öz qapısına. A.Zubir, 80.
Qırmızı vərəqə: V.Stankoviç, 31.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Milli.Az


Etiketlər:  Neftçi Qarabağ oyununda 6 QOL VURULDU


RƏYLƏR