Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaya qədər ideal bədən quruluşuna sahib olmaq istəyirsinizsə, bunu edin!

Yaya qədər ideal bədən quruluşuna sahib olmaq istəyirsinizsə, bunu edin!

Tarix: 3 May 2023 07:27

Səhər yeməyindən 10 dəqiqə əvvəl bir stəkan ilıq və ya qaynar su için. Bunu hər gün edin, bu vərdiş həzm prosesini aktivləşdirməyə kömək edəcək. Hər gün şorba və təzə göyərtilərdən hazırlanan yüngül tərəvəz salatı yeyin.

Milli.Az xəbər verir ki, bu sözləri diyetoloq Marina Sorokina Lenta.ru-ya müsahibəsində deyib. Mütəxəssis yaya qədər ideal bədən ölçülərinə sahib olmaq üçün nə etmək lazım olduğundan danışıb.

"Salata kətən toxunu əlavə etsəniz, daha faydalı olacaq. Bu məhsul arıqlamaq üçün çox effektivdir. Bir ədəd doğranmış alma və banana kətan toxumu ilə darçın əlavə edin. Belə bir sıyıq doyurucudur, həm sizə güc və enerji verir, həm də bel ölçüsünü artırmır.

Axşamı isə dənli bitkilərdən, bitki toxumlarından və ya bişmiş tərəvəzlərdən ibarət olan şam yeməyi ilə bitirməyi şiddətlə tövsiyə edirəm. Məsələn, balqabaq sıyığı bişirirsinizsə, ona kətan toxumu, doğranmış qoz-fındıq əlavə etmək faydalı olacaq. Yulafı yalnız səhərlər deyil, yatmazdan 2 saat əvvəl də yeyə bilərsiniz. Eyni zamanda, ona bir az qurudulmuş meyvə və qoz-fındıq əlavə etmək olar. Yeməyi sakit bir vəziyyətdə və hərtərəfli çeynəmək lazımdır, həmçinin kənar şeylərdən yayınmamaq vacibdir", - Sorokina yekunda bildirib. (publika.az)

Milli.Az


Etiketlər:  Yaya qədər ideal bədən quruluşuna sahib olmaq istəyirsinizsə bunu edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ