Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pomidorun tərkibindəki likopin xərçəngdən müdafiə edir

Pomidorun tərkibindəki likopin xərçəngdən müdafiə edir

Tarix: 3 May 2023 23:57

Pomidorun tərkibindəki likopin antioksidantı onkoloji xəstəliklərin profilaktikası effektini təmin edir.

Bu, yaxşı profilaktik vasitədir, şəhər şəraitində hüceyrələri zərərli amillərin ziyanlı təsirindən müdafiə edir. Pomidordakı likopin onkoloji xəstəliklərin profilaktikasında köməklik edə biləcək vasitələrdən biridir.

Sonxeber.net AZƏRTAC -a istinadla xəbər verir ki, bu barədə həkim-diyetoloq Yevgeni Arzamastsev bildirib.

Həkimin sözlərinə görə, pomidor ürək və damar sisteminin fəaliyyəti üçün faydalı olan kaliumun zəngin mənbəyidir. Kalium orqanizmdə natriumun tarazlığına köməklik edir, bu tarazlıq isə qan təzyiqini normallaşdırır. Mütəxəssis vurğulayıb ki, normal təzyiq ürək-damar sisteminin fəaliyyəti üçün olduqca vacibdir.

Bundan əlavə, pomidorun tərkibindəki lif sayəsində bağırsağın fəaliyyəti yaxşılaşır, toksinlər bədəndən çıxarılır. Pomidordakı lif qəbizliyin, eləcə də bağırsaq traktında kanserogen törəmələrin əmələ gəlməsinin qarşısını alır. Tibb işçisinin sözlərinə görə, əks-göstəricilər olmadıqda, pomidor həftədə dörd dəfəyədək istehlak oluna bilər.


Etiketlər:  Pomidorun tərkibindəki likopin xərçəngdən müdafiə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ