Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2023 06:40
87 yaşlı Dalay Lama XIV Tenzin Qyatso əbədi gəncliyin sirrini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, şüur təlimi gənc görünüş və sağlam psixikanın saxlanmasına kömək edir.
"Üzüm gənc görünür, çünki mən şüurumu inkişaf etdirmə üzərində işləyirəm. Həmçinin ruhi vəziyyətimi həmişə sakit, dinc saxlamaqla qorumağa çalışıram", - deyə o bildirib.
Dalay Lamanın sözlərinə görə, sağlamlığı qorumaq üçün dərmansız da keçinmək olar.
"Bunun üçün nəfəs məşqlərindən istifadə edə bilərsiniz", - deyə o tövsiyə edib və özünün də hər gün meditasiya etdiyini bildirib.