Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşən bu qızla bağlı YENİ XƏBƏR

İtkin düşən bu qızla bağlı YENİ XƏBƏR

Tarix: 6 May 2023 19:40

19:39

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan, mayın 2-də itkin düşən 23 yaşlı Fidan Yusubova artıq tapılıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

-------

14:46

Sumqayıtda 23 yaşlı qız itkin düşüb.

Bu barədə DİN-dən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu təxminən 162 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi"nə, həmçinin

(018) 654-02-02; (018) 655-76-65 şəhər və

(077) 277-97-97; (050) 835-04-01; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az


Etiketlər:  İtkin düşən qızla bağlı YENİ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ