Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2023 22:26
Biz Böyük İstanbul Tuneli layihəsini həyata keçiririk.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən kütləvi mitinqdə deyib.
"Bu layihə Mərmərə və Avrasiya tunelindən sonra İstanbul boğazının altından keçəcək üçüncü tunel olacaq", - Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Böyük İstanbul tuneli meqapolisin 11 müxtəlif dəmir yolu xəttini birləşdirəcək.
Onun sözlərinə görə, bundan hər il 6,5 milyon insan istifadə edəcək.