Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan təyyarəsi bu dəfə Dubaya buraxılmadı

Ermənistan təyyarəsi bu dəfə Dubaya buraxılmadı

Tarix: 8 May 2023 22:00

"Mayın 7-də Dubay hava dispetçerləri hələ dəqiqləşdirilməmiş səbəblərdən Dubay-İrəvan reysi ilə uçan aviaşirkətimizin təyyarəsini Dubay hava məkanına buraxmayıblar".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə FlyOne Ermənistanın bəyanatında deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, təyyarə komandiri problem aydınlaşana qədər İranın Şiraz hava limanına eniş etmək qərarına gəlib:

"Qaldığı müddətdə ekipaj sərnişinləri yeməklə təmin edib və onların qohumları ilə əlaqə saxlaması üçün mümkün olan hər şeyi edib. Aviaşirkət hələlik İrana uçuşlar həyata keçirmədiyindən və qeyri-iş günü ilə əlaqədar olaraq reysin davam etdirilməsi üçün sənədləşmə işləri bir qədər uzanıb. Bütün icazələri aldıqdan sonra təyyarə uçuşunu davam etdirərək Dubay hava limanına enib".

Milli.Az


Etiketlər:  Ermənistan təyyarəsi bu dəfə Dubaya buraxılmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ