Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 13:52
"Düdelanj"ın prezidenti Romen Şumaxer Avroliqadakı oyunlarından, eləcə də "Qarabağ"la oyun haqda danışıb.
Qol.az xəbər verir ki, o, İspaniyanın “Estadio deportivo” nəşrinə müsahibəsində Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Sevilya" ilə keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb.
"Bu mövsüm avrokuboklarda etdiklərimiz möcüzədir bir həvəskar klub üçün böyük uğurdur. Gələn illərdə bunun təkrarlanacağını söyləmək çətindir. "Sevilya" ötən il qarşılaşdığımız "Betis"dən daha güclüdür. Bizimlə müqayisədə, onlar başqa dünyadır. Qrupda APOEL-ə səfərdə qalib gəlsək də, "Qarabağ"a evdə uduzduq. Düşünürəm ki, yenidən APOEL-ə qalmək çətin olacaq. Həmçinin "Qarabağ"ı Bakıda təəccübləndirmək bizə asan olmayacaq. Çox seçim imkanımız yoxdur”.