Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski əks-hücum planını təsdiqləməyib - Danilov

Zelenski əks-hücum planını təsdiqləməyib - Danilov

Tarix: 9 May 2023 22:44

Ukrayna ordusunun əks-hücumunun yekun planları, o cümlədən qoşunların irəliləməsinin vaxtı və istiqaməti hələ Ali Baş Komandan tərəfindən təsdiqlənməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Ali Baş Komandanın kabinetində əks-hücumun şərtləri və istiqamətləri barədə qərar veriləcək. İnanın ki, dünyada bizim planımız barədə dəqiq məlumatı olan yoxdur. Çünki yekun plan hələ təsdiq olunmayıb", - Danilov bildirib.

Onun sözlərinə görə, hazırda əks-hücumun bir neçə variantı işlənib hazırlanır.

Milli.Az


Etiketlər:  Zelenski əks hücum planını təsdiqləməyib Danilov


RƏYLƏR