Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

Tarix: 12 May 2023 09:22

Bu ilin aprel ayında Türkiyə limanları 4 min 816 gəmi qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 min 469, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 347 olub.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 17 min 612 gəmi qəbul edib.

"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 163, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 449 olub.", - deyə nazirlikdən bildirilib.

Milli.Az


Etiketlər:  Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ