Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tarix: 12 May 2023 15:16

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət mayın 1-dək nəzərdə tutulmuşdu.

Milli.Az


Etiketlər:  Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ