Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 6 yaşlı uşaq səhvən avtobusa mindi - Görün nə baş verdi

Bakıda 6 yaşlı uşaq səhvən avtobusa mindi - Görün nə baş verdi

Tarix: 13 May 2023 21:10

Bakı Nəqliyyat Agentliyinin Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, 88 nömrəli marşruta saat 15:30 radələrində 6 yaşlı oğlu səhvliklə minib. Övladının tapılaması üçün çağrı mərkəzimizə müraciət edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, müraciəti qəbul etdikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara "AVL" proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verildi.

16:25 radələrində oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun "İçəri Şəhər" stansiyası yaxınlığında polis əməkdaşlarının müşayiəti ilə təhvil verilib.

Milli.Az


Etiketlər:  Bakıda 6 yaşlı uşaq səhvən avtobusa mindi Görün baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ