Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər - VİDEO

Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər - VİDEO

Tarix: 16 May 2023 19:36

Bakının Xətai rayonu ərazisində yaşıllıqların qənimi peyda olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Məhəmməd Hadi küçəsinin sakinləri iddia edirlər ki, ağaclar gecə vaxtı kökündən kəsilib.

Sakinlər deyirlər ki, bununla bağlı bir neçə ay əvvəl müvafiq qurumlara da məlumat veriblər.

Digər məhəllə sakini Sabir Rzayev iddia edir ki, ağacları gecələr gizli şəkildə kəsirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı idarəsinin rəisi Qafar Ağayev deyib ki, sözügedən ərazidə iki ağac kəsilib və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məsələ hüquq-mühafizə orqanlarının diqqətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda gecə vaxtı ağacları kökündən kəsdilər VİDEO


RƏYLƏR