Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 14:30
İngiltərənin "Çelsi" klubunun futbolçusu Pyerr-Emerik Obameyanq Qabon millisindəki karyerasını bərpa etdiyini açıqlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib.
O, Qabon prezidenti Əli Bonqo Ondimba ilə görüşdən sonra bu qərarı qəbul etdiyini söyləyib.
Təcrübəli forvard ölkə başçısının xahişindən sonra yığmaya qayıdıb.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən ilin mayında milli karyerasını bitirdiyini açıqlamışdı. O, yığmada 73 matçda 30 qola imza atıb.