Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda “dini” təhsil alan gəncləri həqiqi dini təhsilə necə qaytaraq? - VİDEO

İranda “dini” təhsil alan gəncləri həqiqi dini təhsilə necə qaytaraq? - VİDEO

Tarix: 18 May 2023 04:30

Artıq ictimaiyyətə məlumdur ki, İranda məhz Azərbaycan dövləti əleyhinə bir çox qüvvələrin hazırlanması prosesi baş verir. Orada çoxsaylı azərbaycanlılar var ki, öz dövlətinin əleyhinə delitant kimi yetişdirilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu anti-Azərbaycan siyəsətinin qurbanlarının arasında İrana dini təhsil almaq üçün gedən gənclər də çoxluq təşkil edir.

Millət vəkili Musa Qasımlı "Xəzər Xəbər"ə deyir ki, İrana təhsil alamağa gedən vətəndaşların çoxu təsir altına düşürlər. Azərbaycan vətəndaşları istənilən ölkədə istədikləri təhsili ala bilərlər, lakin ölkə seçimində ayıq-sayıq olmaq mütləqdir.

O, deyir ki, bu məsələdə kifayət qədər laqeydliylik də xeyli sayda azərbaycanlının aldanmasına səbəb olub. Amma artıq diqqətli olmaq mütləqdir.

Məsələyə təhsil naziri Elm və təhsil Emin Əmrullayev də münasibət bildirib. Nazir xaricdə təhsil alan gənclərin fəaliyyətini izləmək üçün hazırda hansısa mexanizmin mövcud olmadığını vurğulayıb.

Qeyd edək ki, İran xüsusi xidmət orqanlarının yaratdığı və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ifşa olunan casus şəbəkələrinin tərkibində İranda dini təhsil almağa gedən tələbələr çoxluq təşkil edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  İranda dini təhsil alan gəncləri həqiqi dini təhsilə necə qaytaraq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ