Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 07:32
"Neftçi"nin sabiq futbolçusu Marian Aliuta kilsədə işə başlayıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə veteran yarımmüdafiəçi "digisport.ro" saytına açıqlama verib.
O bildirib ki, həyatında baş verən problemlər səbəbindən bu addımı atıb:
"Bəzi çətinliklərim var idi. Tanrıya problemlərimi danışdım, o da məni bura çağırdı. Bunu hiss etdim və dərhal gəldim. Qısa zamanda hər şey öz axarına düşdü. Tanrıya sonsuz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Marian Aliuta "Neftçi"də 2009/2010 mövsümündə çıxış edib.