Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2023 14:24
Türkiyə müdafiə sənayesində xaricdən asılılığı azaltmaq üçün "Özgür" F-16 Modernizasiya Layihəsi çərçivəsində yerli F-16 təyyarələri istehsal edəcək.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi rəhbəri İsmail Demir bildirib.
O, həmçinin bildirib ki, F-16 "Özgür" təyyarələrinin ATMACA Gəmi Əleyhinə Raketi və GEZGİN raketlərini daşıyacağı, eyni zamanda bu raketlərlə hədəfi vuracağı gözlənilir.
F-16 Blok 30 döyüş təyyarələrinın xüsusiyyətlərinə isə
•Milli Missiya Kompüter
• Sistem İnterfeys Vahidi
• Üst və ön İdarə Paneli
• Yanacaq Hidravlik Göstəricisi, Mühərrik Göstərici Ekranı
• Fövqəladə Hallar Göstəricisi
• Milli Səs Təhlükəsizliyi Cihazı
• Milli Dost - Düşmən İdentifikasiyası (IFF) Sistemi
• Çox Rejimli Qəbuledici
• İnertial Naviqasiya Sistemi
• Mərkəzi Kokpit Ekranı və Rəngli Çoxfunksiyalı Displey inteqrasiyası daxildir.