Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2023 17:09
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də əksini tapıb.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncama əsasən isə Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.