Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Taxıl İttifaqının vitse-prezidenti: Azərbaycan sübut edib ki, daxili sosial-iqtisadi vəzifələri yerinə yetirə bilir

Rusiya Taxıl İttifaqının vitse-prezidenti: Azərbaycan sübut edib ki, daxili sosial-iqtisadi vəzifələri yerinə yetirə bilir

Tarix: 23 Oktyabr 2019 14:24

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan sübut edib ki, daxili sosial-iqtisadi vəzifələri yerinə yetirə bilir.

Trend-in məlumatına görə, bunu Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu ilin doqquz ayı ərzində 3,4 milyon ton taxılın yığılması ölkə hökuməti tərəfindən görülən işin həcmini göstərir.

Vitse-prezident xatırladıb ki, 1992-ci ildə ölkədə buğda məhsuldarlığı 1,3 milyon ton təşkil edirdisə, həmin dövrdən etibarən məhsuldarlıq 2,5 dəfə artıb:

“Bu, Azərbaycanda görülmüş nəhəng işdir. Yoxsulluq səviyyəsi 2 milyon nəfərdən 200 min nəfərədək azaldılıb. Dövlət nümayiş etdirib ki, bu problemi səmərəli şəkildə həll edə bilir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya Taxıl İttifaqının vitse prezidenti Azərbaycan sübut edib daxili sosial iqtisadi vəzifələri yerinə yetirə bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ