Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2023 10:25
"Düşmənimə də arzu etmərəm ki, Roza Zərgərlinin həyatını yaşasın. Güclü olmaq, hər şeyə sinə gərmək yaxşı iş deyil. Bu həyat deyil. İnsan nə qədər həyatda mübarizə aparar? Mən bu peşə ilə yaşayıram, amma indiki yaşım olsaydı bəlkə də bu sənəti seçməzdim. Rejissor peşəmi davam etdirərdim. O daha sakit peşədir. Rejissor olsaydım da məşhur olacaqdım".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib.
"Uzun illərdir ki, ancaq vücudum müzakirə olunur. Fuad Əlişov 10 il bundan əvvəl mənə klip çəkəndə də eyni vücud idi. Elə bil kor idilər. O vaxt kadrı montaj vasitəsilə düzəldirdilər ki, arıq görünüm. Mən heç bir plastik əməliyyat etdirməmişəm. Ayağıma görə iki dəfə liposaksiya etdirmişəm. Bu öz vücudumdur. İndi hamı özünü mənə oxşadır. Hər dəfə cavablarını verirəm, amma yenə də danışırlar. Bədən quruluşuma hər zaman kompleksim olub. Hər zaman qısa geyinmək istəsəm də, vücudum buna imkan verməyib. Ona görə də rahat, uzun geyimlərdən istifadə edirəm" deyə müğənni bildirib.
Müğənni çərçivələrindən də danışıb.
"Rəqibim yoxdur, ancaq özüməm. Özüm-özümü çox çərçivəyə salıram. Pop ifaçısıyam, baxmayaraq ki, hamı deyir ki, "Roza Zərgərli açıq-saçıq müğənnidir". Amma bir dənə bodidə, çox cəsarətli geyimdə fotosessiyam varmı? Əlbəttə ki, yoxdur. Bu nədir? Çərçivə deyil?! Bu çərçivə həmişə mənim üçün olub. Heç vaxt çox cəsarətli geyimdə fotosessiya etdirmərəm" deyə müğənni bildirib.
Müğənni şəxsi həyatından da danışıb.
"İki dəfə ailəli olmuşam. Birinci dəfə ailə həyatı quranda uşaq idim. 5 il birlikdə yaşadıq. İkinci dəfə isə 16 il evli olmuşam. Mən yalanı, xəyanəti sevmirəm. Eşidənlər deyir ki, "sənə necə xəyanət edə bilərlər?". Edəndə edirlər də" deyə müğənni bildirib.