Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur rok qrupu ilk dəfə Bakıda

Məşhur rok qrupu ilk dəfə Bakıda

Tarix: 31 May 2023 13:35

Events World-un təşkilatçılığı ilə Türkiyənin sevilən və son dönəmlərdə çıxışları ilə adından çox söz etdirən məşhur alternativ rok qrupu Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda konsert verəcək. "Madem", "Yapma N`olursun", "Gitme", "Biraz Delisin" və digər ifaları ilə sevilən rok qrupu fərqli musiqi performansı ilə Bakıda unudulmaz və çılğın rok gecəsi yaşadacaq! Bakıda ilk dəfə keçiriləcək unudulmaz konsertə Elektra Events Hall ev sahibliyi edəcək.

Milli.Az xəbər verir ki, tədbir 16 iyun saat 8-də baş tutacaq. Konsert üçün biletləri Iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz. Qeyd edək ki, iyun ayının 5-dək "MADEM20" promokodu ilə bütün biletləri 20 faiz endirimlə ala bilərsiniz.

Milli.Az


Etiketlər:  Məşhur rok qrupu ilk dəfə Bakıda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ