Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu əraziləri su basdı

Bu əraziləri su basdı

Tarix: 31 May 2023 22:40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Hazırda Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.

Milli.Az


Etiketlər:  Bu əraziləri su basdı


RƏYLƏR