Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2023 20:00
İranda radikal "Bəsic" qruplaşmasının üzvü hicab bəhanəsi ilə tələbəni bıçaqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Qorxunc hadisə Kerman əyalətindəki "Bahünər" Universitetində baş verib.
Bildirilir ki, "Bəsic" üzvü qıza dörd bıçaq zərbəsi vurub.
Hazırda vəziyyəti ağır olan gənc qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edilir ki, həmin vaxt hicaba görə tələbə qızlara irad tutmaqla məşğul olan universitetin mühafizə xidməti hadisə zamanı rejimin hüquq-mühafizə orqanı əməkdaşına müdaxilə etməyib.
Ancaq digər tələbələrin sayəsində "Bəsic" üzvünün qıza daha çox bıçaq zərbəsi endirməsinin qarşısını almaq mümkün olub.