Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb - XƏBƏRDARLIQ - VİDEO

Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb - XƏBƏRDARLIQ - VİDEO

Tarix: 1 Iyun 2023 23:30

Biləsuvar rayonunun İranla sərhəddə yerləşən kəndləri dünən axşam saatlarından sel təhlükəsi ilə qarşılaşıb.

Səbəb Bolqarçay çayınada sululuğun kəskin artması olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, gecə saatlarında təsərrüfatlara ziyan dəyib.

Məlumatla əlaqədar FHN-in Muğan Regional mərkəzinin müvafiq qüvvələri və ağır texnikası əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə rayonun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinləri təxliyə olunub.

Sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.

Bu arada, qarşıdakı günlərdə bəzi çaylardan sel keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Balakən, Şəki, Oğuz, Qəbələ, Goranboy, Daşkəsən və Göygöl ərazisindən axan çaylarda sululuğun artacağı, qısamüddətli sel keçəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Biləsuvar sel təhlükəsi ilə qarşılaşıb XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR