Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hosteldə dəhşət dolu anlar - 7 nəfər öldü

Hosteldə dəhşət dolu anlar - 7 nəfər öldü

Tarix: 4 Iyun 2023 09:50

Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərindəki "Glebelands" hostelində atışma nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli Enca telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, 20-40 yaşlarında olan 9 kişi hosteldə spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər peyda olub və onlara atəş açmağa başlayıb. Hadisəni törədənlər daha sonra hadisə yerindən qaçıblar.

"Yeddi zərərçəkən yerindəcə ölüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib", - polisdən bildirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az


Etiketlər:  Hosteldə dəhşət dolu anlar 7 nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ