Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2023 13:02
Belçikanın Baş naziri Aleksandr De Kro evinin yaxınlığında velosipeddən yıxılaraq xəsarət alıb və huşunu itirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə Brüsseldən təxminən 60 kilometr uzaq yerləşən kənddə baş verib. Başından xəsarət alan Aleksandr De Kro xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edilir ki, De Kro bir neçə saat sonra xəstəxanadan buraxılıb.
Baş nazirin bazar günü istirahət edəcəyi və qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi bildirilir.