Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 11:20
"Rusiya qoşunları Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasını partladıb".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Cənub" Əməliyyat Komandanlığı yayıb.
Bildirilir ki, Dnepr çayı yaxınlığında yerləşən qəsəbələri sel təhlükəsi gözləyir.
Hazırda dağıntının miqyası, suyun sürəti və həcmi müəyyən edilir.
Xerson şəhərinin sağ sahilində və daşqın gözlənilən kəndlərdə əhalinin avtobuslarla təxliyəsinə başlanılıb.
Rusiya tərəfi isə, öz növbəsində, Kaxovka SES-ə Ukrayna ordusunun atəş açdığını iddia edir.