Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Final mərhələsinə yollanacağımıza inanıram'' - Joze Alesio

''Final mərhələsinə yollanacağımıza inanıram'' -  Joze Alesio

Tarix: 24 Oktyabr 2019 00:56

“Çətin oyun olacağını bildirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdir ki, bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir".

Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Moldova ilə keçirilən oyundan sonra deyib.

Braziliyalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: "Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq. Onlar da kifayət qədər hazırlıqlı komandadır. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq. Bu gün reytinq cədvəlində üst sıralarda qərarlaşdığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda münasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsinə yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.
 


Etiketlər:  Final mərhələsinə yollanacağımıza inanıram Joze Alesio


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ