Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QƏRAR VERİLDİ: İsveç PKK-çıları Türkiyəyə verir

QƏRAR VERİLDİ: İsveç PKK-çıları Türkiyəyə verir

Tarix: 7 Iyun 2023 08:48

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə İsveçin "Aftonbladet" qəzeti yazıb.

"Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib", - nəşr yazıb.

Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.

Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.

"Aftonbladet" İsveç Ali Məhkəməsinin qərarının NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verildiyinə diqqət çəkib. Sammit iyulun 11-12-də keçiriləcək.


Etiketlər:  QƏRAR VERİLDİ İsveç çıları Türkiyəyə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ