Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 10:50
Gürcüstan ilin sonunda Avropa Birliyinə (AB) namizəd ölkə statusunu əldə etmək üçün qalan vaxtdan maksimum istifadə etməlidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
"12 prioritet üzrə mümkün qədər çox irəliləyişə nail olmaq üçün ilin sonuna qədər qalan vaxtdan istifadə etmək çox vacibdir. Gürcüstandan xoş xəbərlərin gəlməsi də önəmlidir", - Qerçinski bildirib.
Diplomat qeyd edib ki, hazırda Avropa Komissiyası nəticənin hazırlanması üzərində işləyir.