Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2023 18:52
Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ölkədə meşə yanğını 60 min hektardan çox əraziyə yayılıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamaya görə, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir. Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı.
Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.
Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.