Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2023 10:40
Çin 2019-cu ildən bəri ABŞ-a dair kəşfiyyat məlumatları toplamaq üçün Kubadakı hərbi bazasından istifadə edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qeyd olunur ki, 2021-ci ildə Bayden administrasiyasına "Çinin bütün dünyada xaricdəki infrastrukturunu genişləndirmək səyləri" haqqında məlumat verilib.
Qəzetin yazdığına görə, ABŞ rəsmilərinin fikrincə, Çin Kubadakı mövcudluğunu artırmağa davam edəcək.
"Və biz onları dayandırmağa davam edəcəyik" deyir nəşr.
Bundan əvvəl ABŞ kəşfiyyatı Kuba və Çinin ABŞ-a casusluq etmək üçün adada xüsusi baza yaratmaq barədə məxfi razılığa gəldiyini bildirmişdi.