Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir müəllim qızılla ''ödülləndirildi'' - VİDEO

Daha bir müəllim qızılla ''ödülləndirildi'' - VİDEO

Tarix: 12 Iyun 2023 08:36

Xırdalan şəhərində yerləşən daha bir məktəbdə müəllim nüfuzuna xələl gətirən hərəkətlərə yol verilib.

Sonxeber.net Konkret.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yer alıb.

Görüntülərdən aydın olur ki, 9 saylı tam orta məktəbin ibtidai sinif müəlliminə "Əlifba" bayramında qızıl bilərzik hədiyyə edilib.

Videoda valideynlərdən birinin bu törəni ibtidailərin iştirakı ilə təntənəli şəkildə icra etdiyi öz əksini tapıb.

Hadisə izləyicilər tərəfindən kəskin tənqid olunub.

Qeyd edək ki, ötən gün Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə də analoji hal baş verib. Y.Ağabalayeva adlı müəllim haqqında belə davranışına görə müvafiq orqanlar tərəfindən araşdırma başlayıb.


Etiketlər:  Daha müəllim qızılla ödülləndirildi VİDEO


RƏYLƏR