Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükə geridə qaldı... Xəzərdə suyun səviyyəsi... - VİDEO

Təhlükə geridə qaldı... Xəzərdə suyun səviyyəsi... - VİDEO

Tarix: 13 Iyun 2023 04:04

Xəzər dənizində suyun səviyyəsinin azalması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində fövqəladə vəziyyət ela edilb.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, buna səbəb həm iqtisadi ziyanlar həm də ekosistemə ciddi təhdidlər yaratmasıdır.

Lakin mütəxəssislər hesab edir ki, bunu Azərbaycana aid etmək olmaz. Belə ki, Xəzərdə suyun səviyyəsi düşməyə davam etsə belə bu fövqəladə vəziyyət elan edəcək qədər təhlükə yaratmır.

"Suyun artıb-azalması Xəzərin yazılmamış qaydasıdır."

Lakin nə qədər ki, onu qidalandıran çaylar var, Xəzərin qurumasından söhbət gedə bilməz.

Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, Xəzərdə suyun böyük ölçüdə azalması ölkə iqtisadiyyatı ilə yanaşı həm də ekosistemə ciddi ziyan vura bilər. Lakin ölkə ərazisinə düşən yağıntının hazırkı miqdarına nəzər salsaq bu bizi qorxutmamalıdır. Yaxın vaxtlarda suyun səviyyəsinin artmasını da müşahidə edə bilərik.

Ənvər Əliyev bildirib ki, Xəzərin bu şıltaqlığına adaptasiya olmaq lazımdır. Geri çəkilmənin qarşısını almağa yetəcək heç bir qüvvə yoxdur. Elmi təcrübə göstərir ki, müəyyən dövr ərzində Xəzər dənizinin səviyyəsi enib qalxır.

Yağıntılar belə davam etməzsə, hazırki enmə prosesi isə 2050-ci ilə qədər davam edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Təhlükə geridə qaldı Xəzərdə suyun səviyyəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ