Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 21:02
Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 48 kq-da Elnar Ziyadov və 55 kq-da Ayxan Cavadov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İdmançılar medal görüşlərində müvafiq olaraq, moldovalı Viktor Postikaya (7:2) və ermənistanlı Yuri Karapetyana (5:2) qalib gəliblər.
Qeyd edək ki, bu gün həmçinin 80 kq-da Emin Əliyev və 110 kq-da Mahir Qurbanlı 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar.