Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2023 09:48
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə raket hücumları endirib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Cənub" əməliyyat komandanlığı məlumat verib.
Bildirilib ki, şəhərə "Kalibr" raketləri atılıb.
Hücum nəticəsində ümumilikdə 3 nəfər ölüb, 13 şəxs xəsarət alıb.
Bundan başqa, şəhərin mərkəzində biznes mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyektləri və mağazalar zədələnib.