Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bankomat çatışmazlığı və pensiyaçılardan tutulan komissiya haqqı... - VİDEO

Bankomat çatışmazlığı və pensiyaçılardan tutulan komissiya haqqı... - VİDEO

Tarix: 15 Iyun 2023 16:56

Ölkənin əksər kəndlərində işçilər və pensiyaçılar maaş və təqaüdlərini bankomatlardan çıxarmaqda çətinlik çəkirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunun üçün ya uzaq məsafə qət etməli, ya da pulu yaxınlıqdakı digər bankın bankomatından çıxararaq əlavə komissiya ödəməli olurlar.

İsmayıllının Cülyan, Talıstan, Gəndov və digər kəndlərinin sakinləri də belə problemdən əziyyət çəkirlər. Rayonun Xanagah kəndində yaşayanlar isə deyirlər ki, aldıqları pensiya və digər ödənişlərin məbləği qarşılığında pul çıxarmaq üçün rayon mərkəzinə gedib-gəlmək onlara sərf etmir.

İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, həm dünya təcrübəsində, həm də Azərbaycanda bankların infrastrukturu onların inkişaf strategiyasına və tələb-təklifə uyğun olaraq müəyyən edilir. Əgər tələb çox, bankomat azdırsa, bu o deməkdir ki, bank öz xidmətlərinin əlçatanlığını təmin etmir. İqtisadçı vəziyyətdən çıxış yolunu multifunksional bankomatların təşkilində görür.

Onun sözlərinə görə, pensiyanı digər bankomatlardan çıxararkən komissiya tutulması normal qəbul olunmalıdır. Çünki həmin bankomatların saxlanması xərc tələb edir.

"Ekspertin fikrincə, çıxış yolundan biri də nağdsız ödənişlərin aparılmasıdır."

Xüsusilə regionlarda yaşayanlar bu mexanizm barədə məlumatlandırılmalı və onun tətbiqi üçün lazımi şərait yaradılmalıdır.

Yəni kəndlərdəki ticarət və iaşə obyektləri postterminallarla təmin olunmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bankomat çatışmazlığı pensiyaçılardan tutulan komissiya haqqı VİDEO


RƏYLƏR